Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiyada ova gedən nazir itkin DÜŞDÜ - FOTO

09 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyanın Omsk əyalətinin səhiyyə naziri Aleksandr Muraxovski itkin düşüb.

Press.az xəbər verir ki, bu barədə “Kommerçeskie vesti” məlumat yayıb.

Bildirilir ki, nazir mayın 7-də ova gedib. 49 yaşlı Aleksandr Muraxovski həmin gün itkin düşüb. O, Bolşeukovsk rayonunun Pospelovo kəndində yerli vaxtla saat 16:00-da yola çıxıb və geri qayıtmayıb.

Muraxovskinin axtarışı ilə əvvəlcə tanışları, yaxınları məşğul olublar, mayın 8-dən axtarışlara polis əməkdaşları, qvardiya, ov müfəttişləri və yerli sakinlər qoşulublar. Axtarışlar ərazinin çətin relyefi və bataqlıq olması səbəbindən ağırlaşıb.

Oxşar xəbərlər
OTACI