Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İsmayıllıda qaydaları pozan sürücülər cərimələndi

09 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhərin müxtəlif küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi məqsədilə gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Press.az-a verilən məlumata görə, həyata keçirilən növbəti tədbir zamanı avtomobillərini müəyyən edilməyən yerlərdə park edən sürücülərlə izahedici söhbətlər aparıb.

Bu kimi halların digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olduğu onların diqqətinə çatdırılıb.

Həmin sürücülər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Oxşar xəbərlər
OTACI