Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Radar dedektorlarından istifadə etmək qadağandırmı? - Hüquqşünans Ərşad Hüseynovdan AÇIQLAMA

08 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Son zamanlar bəzi sürücülərin DYP əməkdaşları tərəfindən radar dedektorlarına görə yüksək məbləğdə cərimə edildiyi bildirilir.

Press.az saytı tanınmış hüquqşünans, ekspert Ərşad Hüseynovla əlaqə saxlayıb.

Hüquqşünanasımızın sözlərinə görə, radar dedektorlarından istifadə qadağan deyil.

"Radar dedektorları yalnız radarların yerlərinin bəlli edilməsi üçündür. Onlar radarın işinə heç bir maneə törətmir. Bizim qanunlar radarların və digər ölçmə cihazlarının işinə mane olan qurğuların istifadəsini qadağan edir. Radar dedektorları qadağan edilmiş olunsa idi, o zaman bütün navigasiya proqramlarından istifadə qanunsuz sayılardı. Bu da məntiqsizdir. Bütün navigasiya proqramlarında radarların yerlərini müəyyən edən funksiya mövcuddur. Radar dedektorlarından istifadəyə heç bir qadağa yoxdur."-deyə hüquqşünansımız Ərşad Hüseynov bildirib.

Press.az / Tərlan Əhmədov

Oxşar xəbərlər
OTACI