logo
First slide

Təyin edilən əlillik dərəcəsindən narazı olanlar nə etməlidir? - VİDEO

08 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Təyin edilən əlillik dərəcəsindən narazı olan vətəndaşlar əyani olaraq təkrar qiymətləndirmələrə cəlb edilə bilər. 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov məlumat verib.

Agentliyin sədri əlillik dərəcəsinin təyin edilməsi prosedurları və təyin edilən əlillik dərəcəsindən narazı olan vətəndaşların izləməli olduğu mərhələlər barədə ətraflı danışıb.

O bildirib ki, əlillik dərəcəsi ilə bağlı qərar verilən zaman həm vətəndaşa, həm də səhiyyə müəssisəsinə məlumat verilir və bu zaman vətəndaş səhiyyə müəssisəsinə yaxınlaşaraq qərarla tanış ola bilər:

“Narazı vətəndaş Çağrı Mərkəzi (1923 nömrəsi) ilə əlaqə saxlaya bilər. Eyni zamanda bununla bağlı vətəndaş qəbulu da keçirilir. Bu zaman vətəndaşlar yenidən əyani olaraq təkrar qiymətləndirməyə cəlb edilə bilər”.

Cavid Əbdül-Qədirovun sözlərinə görə, təkrar qiymətləndirmə zamanı saxta əlilliyin təyin olunması faktı da aşkar edilir və bu günə qədər aparılan araşdırmalar zamanı 7 mindən yuxarı saxta əlilliyin təyin olunduğu məlum olub.

Qeyd edilib ki, təyin edilən əlillik dərəcəsindən narazı olan vətəndaşlar arasında haqlı olan tərəflər də, eləcə də haqlı olmayan tərəflər də var.

Daha ətraflı AzTV-nin süjetində:

Oxşar xəbərlər
OTACI
OTACI