Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəhid Elməddin Vəkilov Daşkəsəndə dəfn olunub - YENİLƏNİB

08 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olan Elməddin Vəkilov dəfn olunub.

Dəfndə şəhidin yaxınları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Mərhum Daşkəsən şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

11:08

Vətən müharibəsi zamanı itkin düşən və bir neçə aydan sonra şəhid olduğu məlum olan Elməddin Vəkilovun nəşi ailəsinə təhvil verilib.

Şəhidin cənazəsi Daşkəsəndə ailəsinin yaşadığı evə gətirilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir. Mərasimdə şəhidin yaxınları ilə yanaşı, rayon rəsmiləri, hərbçi yoldaşları və rayon sakinləri iştirak edirlər.

Şəhid Daşkəsən şəhər Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, 1988-ci il təvəlüdlü Elməddin Nizami oğlu Vəkilov ailəli olub. O, Vətən müharibəsi zamanı xüsusi şücaətlər göstərərək tək başına 10-dan çox düşməni məhv edib.

Allah rəhmət eləsin!

Report

Oxşar xəbərlər
OTACI