Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qardaş ölkədən şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə Ramazan hədiyyəsi

08 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qaradağ rayonu “Ümid” qəsəbəsində mənzillərlə təmin edilən bir qrup şəhid ailəsi və müharibə əlilinə qardaş ölkə Türkiyənin “İstikbal” şirkəti tərəfindən Ramazan hədiyyəsi edilib.

Nazirlikdən Press.az-a verilən məlumata görə, sosial tərəfdaşlıq çərçivəsində şirkət həmin qəsəbədə mənzillə təmin olunmuş şəhid ailələri və müharibə əlillərinin bir hissəsinin mənzillərinin mebellə təminatını öz üzərinə götürüb. Onların mənzilləri yataq dəstləri, divan, kreslo və bu kimi digər mebel avadanlıqları ilə təchiz edilib.

Ümumilikdə 26 ailəyə zəruri mebel avadanlıqları təqdim olunub ki, onlardan 12-si şəhid ailəsi, 14-ü isə Qarabağ müharibəsi əlilinin ailəsidir.

Oxşar xəbərlər
OTACI