Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

UEFA 9 Superliqa klubu ilə bağlı qərarı açıqladı

07 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

UEFA Avropa Superliqasında iştirak etmək istəyən 12 klubdan 9-u ilə bağlı qərarını açıqlayıb.

Press.az qurumun saytına istinadən xəbər verir ki, "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi", "Tottenhem", "Atletiko", "Milan" və "İnter"in səhvlərini etiraf etdiyi, azarkeşlərdən, milli birliklərdən, milli liqalardan, digər Avropa klublarından və UEFA-dan üzr istədiyi bildirilib.

Bu səbəbdən onların növbəti mövsümlərdə də UEFA-nın yarışlarında iştirak edəcəyi vurğulanıb.UEFA tərəfindən tanınan klubların yeganə təmsil orqanı olan Avropa Klublar Birliyinə yenidən qoşulacağı bildirilib.

Ancaq bu klublar xoşməramlı jest olaraq, Avropada uşaq futbolunun inkişafına 15 milyon avro ianə etməlidir. Həmçinin klubların avrokuboklarda bir mövsüm ərzində əldə edəcəkləri gəlirin 5 faizi tutulacaq və yenidən bölüşdürüləcək.

Bundan başqa, 9 klub  icazəsiz yarışmada iştirak etmək istəsə, 100 milyon avro məbləğində cərimə tətbiq olunmasını qəbul ediblər.

Sözügedən klubların 2024-cü ildən başlayaraq Çempionlar Liqasının yeni formatı ilə razılaşdıqları da təsdiqlənib.

Qeyd edək ki,  "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi", "Tottenhem", "Atletiko", "Milan" və "İnter" Avropa Superliqasından imtina edib. Hazırda yalnız "Barselona", "Real" və "Yuventus" Superliqada qaldığını açıqlayıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI