Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Arif Quliyev dəfn olunub - YENİLƏNİB

07 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın Xalq artisti Arif Quliyev dəfn olunub.

Press.az "Report"a istinadən xəbər verir ki, Xalq artisti "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, sənət yoldaşları, dostları və yaxınları iştirak ediblər.

12:35

Xalq artisti Arif Quliyevin dəfn olunacağı yer açıqlanıb.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bu barədə Oxu.Az-a açıqlamasında bildirib ki, A.Quliyev Qaradağ rayonu “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

11:50

“Xalq artisti Arif Quliyevin dəfn yeri və vaxtı mərhumun ailəsi tərəfindən müəyyən ediləcək”.

Press.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyi Azərbaycanın Xalq artisti Arif Quliyevin vəfatından kədərləndiyini bildirir, ailəsi və yaxınlarına başsağlığı verir:

“Mədəniyyət Nazirliyi xalq artistinin dəfni ilə bağlı məsələlərə dəstək göstərir və bildirir ki, dəfnin yeri və vaxtı mərhumun ailəsi tərəfindən müəyyən ediləcək”.

Oxşar xəbərlər
OTACI