Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda ilk dəfə inşa edilən “Ro-Pax” gəmisi ilə Qazaxıstana yükdaşıma başlanıldı

06 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda inşa edilən “Ro-Pax” tipli gəmi ilk səfərini Bakı Limanından gerçəkləşdirəcək.

Press.az xəbər verir ki, bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı "QSC-nin mətbuat katibi Elmar Həbibli deyib.

Onun sözlərinə görə, hazırda Bakı Limanında gəminin yüklənməsi prosesi operativ şəkildə həyata keçirilir: "İlk səfərini Qazaxıstanın Kurık limanına gedəcək gəmi vasitəsilə 40 ağırtonnajlı avtomobil (TIR), 19 minik maşını, 43-ü TIR sürücüsü olmaqla, 47 sərnişinin daşınması planlaşdırılır. Yaxın saatlarda gəminin Bakı Limanından yola salınması planlaşdırılır".

Qeyd edək ki, “Ro-Pax” tipli gəmi ilə həm yükdaşıma, həm də sərnişindaşıma həyata keçirilir.

Oxşar xəbərlər
OTACI