Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Arif Quliyevin son vəziyyəti AÇIQLANDI

05 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Xalq artisti Arif Quliyevin vəziyyəti ağır kritik olaraq qalır".

Press.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında "Yeni klinika"nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib.

Onun sözlərinə görə, Xalq artisti artıq səkkiz gündür ki, süni tənəffüs aparatının dəstəyi altındadır:

"Ağciyər funksiyalarında irəlləyiş əldə etmişik, amma hazırda xəstənin vəziyyətinin kritik olmasında serebro-vaskulyar bir hadisənin olmasından şübhələnirik. Nevropatoloq müayinəsi olub və beyində görüntülənmə olması istənilib. Görüntülənmə istilənməsi riskli və çətindir. Gün ərzində beyin maqnit - rezonans tomoqrafiyasının olmasını planlamışıq. Çalışırıq ki, bu müayinəni edək və beyində olan problemi dəqiqləşdirək".

Oxşar xəbərlər
OTACI