Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hakim PSJ-nin futbolçularını təhqir edib

05 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Çempionlar Liqasının yarımfinalında "Mançester Siti" - PSJ matçında hakim Byorn Kuypers Paris klubunun futbolçuları Leanardo Paradesi və Marko Verattini təhqir edib.

Press.az xəbər verir ki, bunu "RMC Sport"a açıqlamasında Marko Veratti özü və komanda yoldaşı Andre Errera deyib. "Biz hakimlərə hörmətlə yanaşırıq. Amma bu axşam hakim Paradesi təhqir etdi. Biz həmin ifadələri işlətsəydik, 3-4 oyunluq cəzalanardıq" - deyə Errera bildirib.

Veratti isə həmin vaxt yaşananları belə şərh edib: "Hakim məni söydü. Hakimlərlə çox danışıram. Amma heç vaxt onları təhqir etməmişəm. Belə şeylər söyləsəydim, 10 oyunluq cəza alardım".

Qeyd edək ki, PSJ iki oyunun cəmində "şəhərlilər"ə 1:4 hesabı ilə uduzub və turnirdə mübarizəni dayandırıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI