Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Biləsuvarda 19 sürücü cərimələndi

05 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Biləsuvar rayonunda 19 sürücü cərimələ edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Press.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar növbəti reyd keçirilib.

Yol polisi əməkdaşları şəhərin müxtəlif nöqtələrində dayanma-durma və parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə profilaktik söhbətlər aparıb.

Qaydaları pozan 19 sürücü barəsində inzibati protokol tərtib olunub.

Yol polisi əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər qarşıdakı günlərdə də davam etdiriləcək.

Oxşar xəbərlər
OTACI