Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ"dan xal itkisi, "Zirə" yenidən 3-cü pillədə

04 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulub.

Press.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş keçirilib. "Qarabağ" doğma meydanda "Zirə" ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Ağdam təmsilçisi xal itirsə də, liderliyini qoruyub. "Zirə" isə yenidən 3-cü pilləyə yüksəlib.

Turun son qarşılaşmasında isə Azərbaycan kubokunun finalçısı "Sumqayıt" "Sabah"ı qəbul edib. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Sabah" bu qələbə ilə 5-ci pilləyə yüksəlib.

4 may (çərşənbə axşamı)

20:15. “Sumqayıt” – “Sabah” - 0:2

Qollar: Mario Marina, 40, Fofana Tiemoko, 69

Qırmızı vərəqə: Camaləddin Xocaniyazov, 86 ("Sumqayıt")

Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Elçin Məsiyev

“Kapital Bank Arena”

18:00. “Qarabağ” – “Zirə” - 1:1

Qollar: Fakundo Melivilo, 17 (0:1), Abdullah Zubir, 19 (1:1)

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Səbuhi Bayramov

“Azersun Arena”

3 may (bazar ertəsi)

20:15. “Səbail” –“Qəbələ” - 1:0

Qol: Amil Yunanov, 62

Qırmızı vərəqə: Merab Qiqauri, 52-iki sarı vərəqə ("Qəbələ")

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Rauf Allahverdiyev

“ASCO Arena”

18:00. “Keşlə” – “Neftçi” - 0:3

Qollar: Tərlan Quliyev, 38-avtoqol, Keysuke Honda, 74, Emin Mahmudov, 90+2

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov

“ASK Arena”

N Klublar O Q H M T-F X
1 Qarabağ 25 14 9 2 58-17 51
2 Neftçi 25 15 5 5 41-25 50
3 Zirə 25 7 13 5 25-26 34
4 Sumqayıt 25 8 9 8 28-30 33
5 Sabah 25 6 7 12 24-31 25
6 Qəbələ 25 5 9 11 20-39 24
7 Səbail 25 5 9 11 21-35 24
8 Keşlə 25 4 11 10 22-36 23

Bombardirlər:

Namik Ələskərov ("Neftçi") - 18 qol
Mahir Emreli ("Qarabağ") - 16 qol
Filip Ozobiç ("Qarabağ") - 11 qol
Əli Qurbani ("Sumqayıt") - 9 qol
Davit Volkov ("Zirə") - 8 qol
Rəhim Sadıxov ("Sumqayıt") - 7 qol
Kvabena Ovusu ("Qarabağ") - 6 qol

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI