Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rəşad Sadıqov "Qarabağ"la heç-heçəni şərh etdi - Video

04 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Son fitə qədər fədakar oyunlarına görə futbolçularıma minnətdaram. Onları bağrıma basıram”.

Press.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 25-ci turunda bu gün “Qarabağ”la keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, səfər matçında qeydə alınan 1:1 hesablı heç-heçəni belə şərh edib: “Bəzi futbolçular çətinliklə ayaq üstə dura bilirdilər. Onları başa düşə bilərsiniz. Çünki bir neçə gün əvvəl kubok matçında 120 dəqiqə oynayıblar. Fiziki çatışmazlıq oyuna təsir etdi. Ancaq futbolçularım təslim olmayıb, sona qədər mübarizə apardılar. “Qarabağ”ın üstünlüyü var idi. 

Bu gün başqa bir vacib məqamı qeyd etməliyik: Başlarını dik tutan futbolçularımız sona qədər mübarizə apardılar və çempionluq üçün mübarizə aparan komandaya uduzmadılar. Uşaqları və klub rəhbərliyini təbrik edirəm. İndi çətin bir dövrdəyik. Oyunçularımın göstərdikləri reaksiya ilə qürur hissi keçirirəm. Hamısına minnətdaram. Qarşıda 3 oyunumuz var. Sonadək mübarizə aparmağa çalışacağıq".

 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI