Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şahruddindən üzücü xəbər

04 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qarabağ"ın və millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev yenidən zədələnib.

Press.az xəbər verir ki, o, Azərbaycan Premyer Liqasının 25-ci turunda hazırda davam edən "Zirə" ilə görüşdə qolundan zədə alıb. Meydanı göz yaşları içində tərk edən 26 yaşlı qolkiper 23-cü dəqiqədə Emil Balayevlə məcburi əvəzlənib.

Qeyd edək ki, Ş.Məhəmmədəliyev bundan əvvəl ölkə çempionatının 23-cü  turunda "Səbail"lə matçda ağır zədələnmişdi.

 ***

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Qol.az-a verdiyi məlumata görə, Şahruddinin sağ qolu sınıb. O, millimizin qapıçısı üçün mövsümün erkən başa çatdığını deyib: 

"Şahruddin meydandan çıxan kimi xəstəxanaya aparıldı. İlkin müayinədən sonra sağ dirsək sümüyünün yuxarı 1/3-nin yerdəyişmiş sınığı diaqnozu qoyuldu. Onun mövsümü erkən başa vurması dəqiqdir".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI