Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Prokurorluqdan 15 yaşlı şəxsin başına daş parçasının düşməsi ilə bağlı AÇIQLAMA

04 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Aprelin 30-da Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsindən 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə binanın fasadından daş parçasının düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Press.az-a Səbail Rayon Prokurorluğundan məlumat verilib.

Aparılan araşdırmalarla Əli Şabanovun Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsindəki 2 saylı beşmərtəbəli binanın yaxınlığından keçərkən başına binanın fasadından daş parçasının düşməsi, nəticədə kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozu ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Baş Tibb İdarəsinin reanimasiya şöbəsinə yerləşdirilməsi müəyyən edilib.

Hazırda fakt üzrə Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI