Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Aslan Hüseynov faciəvi şəkildə ölüb - AÇIQLAMA + YENİLƏNİB

04 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Baş Dövlət Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev Oxu.Az-a açıqlamasında bildirib ki, Qaradağ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində ölən şəxs müğənni Aslan Hüseynovdur. 

Qeyd edək ki, Aslan Hüseynov dörd gün əvvəl özünün “Instagram” hesabından anasının vəfat etməsi ilə bağlı paylaşım edib. 

14:24

Müğənni Aslan Hüseynovun qəzada öldüyünə dair yayılan məlumatlar həqiqəti əks etdirmir. 

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, avtomobil onun adına olsa da, sükan arxasında özü olmayıb:

“Avtoqəzada ölən şəxs Aslan Hüseynov deyil”.

Qeyd edək ki, bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə müğənni Aslan Hüseynovun Qaradağ rayonu ərazisində avtoqəzada öldüyünə dair məlumatlar yayılıb. 

14:10

Müğənni Aslan Hüseynov vəfat edib.

Baku TV xəbər verir ki, müğənni Qaradağ rayonunda ağır yol-nəqliyyat qəzasına düşüb.

Hadisə zamanı Aslan Hüseynovun idarə etdiyi avtomobil “KamAz”a çırpılıb. Bu zaman müğənni və yanındakı şəxs həyatını itirib.

Oxşar xəbərlər
OTACI