Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Eldar Mahmudova məxsus şirkət ləğv olunur

04 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Kristal İnşaat” MMC ləğv olunduğunu elan edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində elan verilib.

Qeyd olunub ki, kreditorlar tələblərini iki ay ərzində Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 23a ünvanına bildirə bilərlər.

Xatırladaq ki, şirkət ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun oğlu Anar Mahmudova məxsusdur. “Kristal İnşaat” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 50 manat, qanuni təmsilçisi isə Musa Məmməd oğlu Mahmudovdur.

Report

Oxşar xəbərlər
OTACI