Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Elman Rüstəmovdan dollar satışı ilə bağlı AÇIQLAMA - VİDEO

04 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Banklarda valyuta satılmaması iddiası ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər var. 

Press.az Baku TV-yə istinadən xəbər verir ki, bir neçə müddətdir cəmiyyətdə dollar qıtlığı ilə bağlı söz-söhbət gəzir. İddialara görə banklar vətəndaşa dollar satmaqdan imtina edir və bunu Mərkəzi Bankdan aldıqları göstərişlə əlaqələndirirlər.

Mərkəzi Bankın sədri Elman Rüstəmov isə təmsil etdiyi qurum tərəfindən belə bir məhdudiyyətin qoyulmadığını bildirir.

Ekspertlərin fikrincə əsas məqsədi pul qazanmaq olan kommersiya bankları valyutanı ucuz alıb, baha sata bilirsə, niyə öz xeyrindən imtina etsin? Deməli bu məntiqə uyğun deyil. 

Digər tərəfdən banklarda valyuta satılmaması çirkli pulların yuyulmasının qarşısını alsa da, bunun neqativ tərəfləri də var. Belə ki, valyuta ala bilməyən vətəndaş müxtəlif çıxış yolları axtarır və nəticədə bu, yenidən “qara bazar”ın dirçəlməsinə səbəb olur.

Ekspertlərin sözlərinə görə, əhali arasında dollara tələbat pandemiya ilə əlaqədar xarici səfərlərin azalması səbəbindən aşağıdır. Lakin sabah istər təhsil və səhiyyə, istərsə də turistik səfərlər artarsa, xarici valyutaya tələb daha da çoxalacaq. Sözügedən məhdudiyyətlərlə isə artan təzyiq əks-effekt yarada bilər. Buna görə Mərkəzi Bank məsələni konkretləşdirməli, limiti keçən vətəndaşlarla bağlı yaddaşı təzələməlidir. 

Oxşar xəbərlər
OTACI