Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Arif Quliyevin vəziyyəti pisləşdi - Həkimindən AÇIQLAMA

04 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Təəssüf ki, Xalq artisti Arif Quliyevin vəziyyəti pisləşib”.

Bunu Press.Az-a açıqlamasında “Yeni klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib.

Onun sözlərinə görə, koronavirusun beyin əlamətləri də olur və beyin damarlarında zədə yarada bilir:

“Hazırda Xalq artistində bundan şübhələnirik. Bu gün bu istiqamətdə müayinələr aparacağıq. Dünən xəstəni oyandırmağa çalışırdıq, amma beyinin oyanması istədiyimiz səviyyədə deyil. Hazırda A.Quliyevin vəziyyəti kritikdir”.

Qeyd edək ki, A.Quliyev bir müddət əvvəl yeni növ koronavirusa (COVID-19) yoluxub. O,  “Yeni klinika”nın reanimasiya və intensiv terapiya şöbəsinə qəbul edilib.

Oxşar xəbərlər
OTACI