Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Deputat: “Sosial şəbəkələr haqqında” qanun qəbul etməliyik”

04 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Təəssüf edirəm ki, ölkəmizdə mədəniyyətsiz, savadsız bir qrup var. Onların ağzını bağlamaq üçün “Sosial şəbəkələr haqqında” qanun layihəsini hazırlamalı və qəbul etməliyik”.

Press.az-ın xəbərinə görə, bunu Milli Məclis deputatı Razi Nurullayev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, cəmiyyətə həmin şəxslərin yaşadığı ölkələrlə danışıqların aparılması ilə bağlı məlumat verilməlidir: “İkinci bir qrup isə ölkə daxilindədir. Klaviratura arxasında oturub hər şeyi demək olar. Həmin şəxslər ölkədə bir qrup insanı təsir altına alıblar. O insanlar həbs edilməldir”.

Oxşar xəbərlər
OTACI