Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hulusi Akar: "Azərbaycanın yanında olmağa davam edəcəyik"

04 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Azərbaycan Qarabağı azad edərək orada sülh və əmin-amanlığı təmin etdi”.

Press.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Liviyadakı türkiyəli hərbçilərlə görüşündə deyib.

Türkiyəli nazir bildirib ki, hər zaman Azərbaycanın haqlı mübarizələrində yanlarında olduq: “Bundan sonra da sonuna qədər yanlarında olmağa davam edəcəyik”.

H.Akarın sözlərinə görə, Türkiyə qonşu ölkələrlə dialoq tərəfdarıdır: “Qonşu ölkələrlə olan mövzularda üçüncü tərəflərin obyektiv, məntiqli və düşüncəli yanaşmalarını gözləyirəm. Buradan onlara səslənirəm ki, heç bir halda Türkiyə ilə Yunanıstan arasındakı problemlərin Avropa İttifaqı və ABŞ-la problem halına çevirməsinlər. Nəticə olaraq haqqımızı tapdalatmayacağıq”.

Oxşar xəbərlər
OTACI