Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şamaxıda ictimai yerdə koronavirus xəstəsi aşkarlandı

04 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Press.az-a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan rayon sakini Bayram Əlləzov ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib.

Polis əməkdaşları tərəfindən həmin şəxs şəhər ərazisində saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə evinə geri qaytarılıb.

B.Əlləzov barəsində araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI