Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

SON DƏQİQƏ! Azərbaycanda qadağalarla bağlı vacib açıqlama

03 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Epidemioloji durum müsbətə doğrudur, yəni yoluxma hallarında davamlı olaraq bir neçə gündür ki, azalma baş verir. Hesab edirəm ki, azalma tendensiyası belə davam edəcək.

Press.az xəbər verir  ki, bunu ARB24-ün “Gündəm” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, yoluxma sayının azalmasının səbəbi martdakı sərt karantin və gigiyenik vasitələrdən istifadə edilməsidir:

“İndi bir neçə faktor da azalmaya təsir edir. Onlardan ən əsası vaksinasiya prosesidir. Həmçinin burada əhalinin maariflənməsi də mühüm rol oynayır. Lakin yoluxma sayı azaldıqca insanlar arasında qaydalara laqeyd münasibət başlayır. Nəzərə alsaq ki,  havalar isinməyə doğru gedir və maska geyinmək fiziki olaraq çətinləşir”.

T. Eyvazov onu da bildirib ki, hazırkı durumda karantinin yumşaldılması doğru olmaz:

“Karantinin yumşaldılması Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətindədir. Biz yalnız şəxsi fikirlərimizi deyə bilərik. Hesab edirəm ki, karantinin yumşaldılması hələ ki, bir qədər sonranın məsələsidir.

Hər kəs istəyir qadağalar aradan götürülsün. Amma qaydalara əməl etməklə bərabər vaksinasiya prosesində də aktiv iştirak etmək tələb olunur. Bu prosesdə iştirak edərək həmin qadağaların aradan qaldırılmasına nail ola bilərik”.

 

Oxşar xəbərlər
OTACI