logo
First slide

Badamdarda binadan yeniyetmənin başına daş düşməsi ilə bağlı komissiya yaradılıb

03 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Badamdarda binadan yeniyetmənin başına daş düşməsi ilə bağlı komissiya yaradılıb, hadisənin səbəbləri araşdırılır.

Bu barədə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən bildiriblər.

Qeyd olunub ki, Bakının Badamdar qəsəbəsində daş piltənin qoparaq 14 yaşlı yeniyetmənin başına düşməsinin ilkin versiyası binanın tikintisi zamanı yol verilən nöqsanlardır:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il tarixli, müvafiq Sərəncamının icrası çərçivəsində Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış binaları, o cümlədən, sözügedən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsi 2 ünvanında yerləşən, 1988-ci ildə inşa edilmiş yaşayış binası 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilib. Birliyin 144 saylı mənzil-kommunal istismar sahəsinin xidmət dairəsindədir.

Bina qəzalı deyil, istismar müddətində konstruktiv elementlərindən hər hansının qəzalı və ya təhlükəli vəziyyətin olması barədə məlumat Bakı şəhər Mənzil Təsərrüfat Departamentina daxil olmamışdır.

Müvafiq araşdırmalardan sonra hadisədə kimin təqsirli olması müəyyənləşdiriləcək. Hadisənin baş verməsinin ilkin versiyası binanın tikintisi zamanı yol verilən nöqsanlardır".

Trend

Oxşar xəbərlər
OTACI
OTACI