logo
First slide

Azərbaycan Prezidenti: "Bizim üçün Serbiya ilə əməkdaşlıq böyük əhəmiyyət kəsb edir"

03 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Cənab səfir, sizi görməyə çox şadam. Ümid edirəm ki, Azərbaycanda çox mənalı vaxt keçirəcəksiniz. Həmçinin sizdən Prezident Vuçiçə ən xoş salamlarımı çatdırmağınızı xahiş edirəm".

Press.az xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 3-də Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviçin etimadnaməsini qəbul edərkən deyib.

"Bilirsiniz ki, biz çox fəal ünsiyyətdə oluruq və dəfələrlə görüşlərimiz olub. Hesab edirəm ki, prezidentlər arasında çox mehriban münasibətlər var və bu da, ölkələr arasında münasibətlər üçün vacibdir. Əminəm ki, Azərbaycandakı fəaliyyətiniz zamanı siz əməkdaşlığımızı irəli aparmaq üçün əlinizdən gələni edəcəksiniz. Bizim üçün Serbiya ilə əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Sizin dediyiniz kimi ölkələrimiz strateji tərəfdaşdır. Əməkdaşlıq sahələri indi bir çox istiqamətləri əhatə edir. Hesab edirəm ki, əsas diqqəti artıq böyük irəliləyiş əldə etdiyimiz sahələrə və fəal əməkdaşlığın ilkin mərhələlərində olduğumuz bəzi sahələrdə hansı işləri görə biləcəyimiz məsələsinə yetirməliyik", - Prezident bildirib.

Oxşar xəbərlər
OTACI
OTACI