Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Balakən və İsmayıllıda reyd keçirildi, sürücülər cərimələndi

03 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Balakən və İsmayıllıda yol polisi əməkdaşları küçə və prospektlərdə dayanma-durma qaydalarının düzgün təmin edilməsi məqsədilə reyd keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Press.az-a verilən məlumata görə, keçirilən reydlər zamanı piyada səkilərini və avtobus dayanacaqlarını zəbt edən, eləcə də müəyyən edilməyən yerlərdə nəqliyyat vasitələrini saxlayan sürücülərlə profilaktik söhbətlər aparılıb.

Bu kimi halların digərlərinin də haqlı narazılığına səbəb olduğu onların diqqətinə çatdırılıb. Dayanma-durma qaydalarını pozduqları üçün həmin avtomobil sahibləri barəsində inzibati protokol tərtib olunub.

Yol polisi əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir.

Oxşar xəbərlər
OTACI