Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Səfir: "Türkiyə və Azərbaycan çiyin-çiyinə verərək bütün çətinliklərin öhdəsindən gələcək"

03 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Azərbaycanın qədim torpağı olan Qarabağın ermənilər tərəfindən təxminən 30 il davam edən qanlı işğalına 44 günlük Vətən müharibəsi vasitəsi ilə şanlı bir qələbə ilə son verildi. Bu zəfər qardaşlarımız olan Azərbaycan xalqı qədər Türkiyə vətəndaşlarını da sevincə qərq etdi”.

Press.az-ın xəbərinə görə, bunu Türkiyənin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı deyib.

O qeyd edib ki, Türkiyə Vətən müharibəsində qardaşlıq öhdəliyini yerinə yetirərək Azərbaycanı əsla tək buraxmayıb: “Türkiyə müharibənin başlanğıcından sonuna qədər qardaşının yanında olub və lazımi bütün dəstəyi verərək dosta və düşmənə birlikdə olmağın gücünü göstərib. Türk milləti adına Azərbaycandakı və diasporadakı bütün azərbaycanlı qardaşlarımıza burdan səslənirik – Zəfəriniz mübarək və daimi olsun!”.

“Vətən müharibəsində şəhid olan bütün qəhrəman hərbçilərə və mülki vətəndaşlara Allahtan rəhmət, ailələrinə, silah yoldaşlarına, bütün sevənlərinə və Azərbaycan xalqına başsağlığı və səbir diləyirik. Ruhları şad, məkanları cənnət olsun.

Biz inanırıq ki, artıq Qarabağdakı xarıbülbül hər yaz şəhidlərimiz üçün açacaq, onların qoxusunu Qafqazın incisi Qarabağdan bütün türk dünyasına aparacaqdır.

Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, “Türkiyə dünən olduğu kimi bu gün də, sabah da bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olub və olmağa davam edəcəkdir. Heç bir güc Türkiyə- Azərbaycan birliyini sarsıda bilməyəcəkdir”. İki dövlət tək millət şüarı ilə əl-ələ, çiyin-çiyinə verərək bütün çətinliklərin öhdəsindən gələrək ölkələrimizi inkişaf etdirərək daha da irəliyə aparacaq və gücləndirəcəyik”.

Oxşar xəbərlər
OTACI