Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Günün ULDUZ FALI: Danışıqlar apardığınız şəxslə ümumi məxrəcə gəlin

03 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Press.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - diqqətli və sayıq olun. Ciddi maliyyə problemləri yarana bilər. Çətinliklərin öhdəsindən tezliklə gələ biləcəyinizi düşünməyin. Sənədləşdirmə, mühüm sənədlərin imzalanması üçün münasib gün deyil. Yalnız zərurət yarananda təşəbbüslə çıxış edin. Bütün problemləri təkbaşına həll etmək istəmirsinizsə, yardım istəməyi unutmayın.

Günün ikinci yarısında bədbinliyə qapılmayın. Ətalətli və süst olmayın, işləməyi sevməyən adamlarla vaxt keçirməyin.

Axşam saatlarında gəzinti üçün vaxt tapın. Bu minvalla yuxusuzluqdan qurtula bilərsiniz.

Buğa - qarşınızda maraqlı perspektivlər yaranır. Yararlana biləcəyiniz imkanları dəyərləndirin. Məsləhətlərə qulaq asın. Etibar etdiyiniz, inandığınız insan sizə yaxşı yol göstərə bilər. Gəlir ehtimalı azdır. Gözlənilən məbləği bir qədər sonra əldə edəcəksiniz.

Günün ikinci yarısında şəxsi münasibətlərə aydınlıq gətirin. Hiss və emosiyalarınıza hakim olun. Yaxın ətrafınızdakı insanlarla sərt danışmayın.

Hədiyyə almaq, sürprizlər etmək üçün əlverişli zaman deyil. Sevindirmək istədiyinz insan səyinizi dəyərləndirməyəcək.

Əkizlər - gün asan olmayacaq. Ciddi problemləri həll etməyiniz gərəkdir. Çətinliklərin həllində yaxınlarınızın yardımlarından yararlanın. Onlardan dəstəklə bahəm, ağıllı məsləhət də ala bilərsiniz. Sərt tənqid olunmağınız istisna deyil. Səbrli olun, ətrafınızdakı insanların sizə nə demək istədiklərini anlayın. Sözləri ürəyinizə salmayın.

Günün ikinci yarısında əks cins mənsubu sizinlə maraqlanmağa başlayacaq. Axşam saatlarında səhhətinizdə problemin yaranmasını istəmirsinizsə, sərvaxt davranın.

Xərçəng - düşünülməmiş qəbul edilən qərar və ya tələsik əməl çox ciddi fəsadlara malik səhvlərə səbəb ola bilər. Ehtiyatı əldən verməyin. Sayıq davranın, geriyə çəkilməyə ehtiyac yaranacaq zaman üçün yolları müəyyənləşdirin. Əks təqdirdə ağır durumda qala bilərsiniz. Bəyənmədiyiniz, əsla rəğbət bəsləmədiyiniz insana üz tutaraq ondan yardım istəməli olacaqsınız. Yoxsa çətinlikdən qurtulmaq asan olmayacaq.

Günün ikinci yarısında yalan qurbanına çevrilməyin. Etibarınızdan sui-istifadə etməyə çalışacaq adamlar az olmayacaq. Borc verməyin, borc almayın. İri anlaşmalar və ya sövdələşmələr üçün münasib gün deyil. Mühüm sənədlərin imzalanmasını ertələyin.

Şir - işgüzar və şəxsi münasibətlərdə irəliləyişə nail olmaq üçün əlverişli zamandır. Yaxın ətrafınızdakı insanları daha yaxşı anlamağa, onların qərarlarının motivlərini və addımlarının səbəblərini bilməyə çalışın. Günün olayları fikir ayrılıqlarını dəf etməyə imkan verəcək. Sevdiyiniz insanla münasibətlərdəki gərgin dönəmə son verin.

Günün ikinci yarısında məqsədə çatmaq üçün ekstravaqant addımlar atmaq, hətta riskli qərarlar qəbul etmək olar. Fəqət, ehtiyatı əldən verməyin. Travma ehtimalı az deyil. Problemlər yarana bilər.

Qız - çoxdan bəri reallaşdırmağa çalışdığınız layihəni və ya işi bu gün başa vura bilərsiniz. Dostlar sizə yardım edəcəklər. Birgə iş və əməkdaşlıq faydalıdır. İşdə rəhbərliklə münasibətlərdə problemlər yarana bilər. Çətinlik ciddi münaqişəyə çevrilməmiş onu aradan qaldırın. Yaşananlar peşəkar fəaliyyət müstəvisindəki mövqelərinizə ciddi təsir etməyəcək.

Günün ikinci yarısı yaşlı qohumlarla təmaslar üçün əlverişlidir. Ailədə problemlər yaranarsa, onları təxirə salmadan, ertələmədən həll edin.

Tərəzi - ciddi qərarları müstəqil qəbul edin. Onları mümkün qədər tez həyata keçirməyə çalışın. Yaxın ətrafınızdakı insanların dəstəyinə bel bağlamayın. Onların sizə qınaq və tənələrini bildirmələri də istisna deyil. Səbəb həmin insanların sizin haqlı olduğunuzu anlamamalarıdır. Bir qədər vaxt keçəcək və hamı anlayacaq ki, mümkün olan variantlar arasında ən məntiqlisini, ən doğru yolu seçibsiniz.

Günün ikinci yarısında problemlərin həllində təxəyyülü işə salın. Rutin, standart, tipoloji həllər əlverişli deyil. Orijinal çözümlərə üstünlük verin.

Axşam saatlarında özünüzü qalib hiss edəcəksiniz.

Əqrəb - uğurlu və əlverişli gündür. Amma kiçik problemlər istisna deyil. Yaranan çətinlikləri mümkün qədər tez, təxirəsalınmaz şəkildə həll edin. Həmfikir və tərəfdaşlarla birlikdə çalışın. Onların dəstəyini və razılığını almağa çalışın. Bir müddət sonra isə müstəqil işləyərək daha effektiv nəticələrə nail ola bilərsiniz.

Günün ikinci yarısında şəxsi münasibətlərdə harmoniya yaranacaq. Yaxınlarınızla təmaslar sizi sevindirəcək. Uzaq qohumlardan birinin qonaq gəlməsi mümkündür. Görüş xoş olacaq.

Axşam saatlarında gəlir və ya qiymətli hədiyyə istisna deyil.

Oxatan - diqqətli və sayıq olsanız, ciddi səhvlərə yol verməzsiniz. Önəmli sənədlərlə işləmək, böyük məbləğdə maliyyə vəsaiti ilə əməliyyatlar aparmaq üçün əlverişli zaman deyil. Uzunmüddətli anlaşma və ya sazişi ertələyin. Ünsiyyət, təmaslar, danışıqlar üçün əlverişli zamandır.

Günün ikinci yarısında həssas və qayğıkeş davranmağa çalışın. Sevdiyiniz insanla danışarkən sərt olmayın. Köç və ya iş yerini dəyişmək barədə düşünə bilərsiniz.

Oğlaq - pis gün deyil. Saatlar keçdikcə müsbət təmayüllərin təsiri artır. Yaşananlara şikayətlənmək əvəzinə malik olduğunuz imkanlardan maksimal dərəcədə effektiv istifadə edin. Yaşamınızda yeni səhifə açmaq istəyirsinizsə, münasib zamandır. Həyatın bir sıra sahələrində yenilənmələrə və dəyişikliklərə hazır olun.

Günün ikici yarısında aktiv çalışın. Danışıqlar apardığınız şəxslə ümumi məxrəcə gəlin. Belədə önəmli məsələ ilə bağlı razılaşmaya nail ola bilərsiniz.

Romantik münasibətlər üçün pis olmayan, amma sıradan bir zamandır.

Dolça - qarışıq, mürəkkəb, çətin gündür. Məqsədə doğru aparan yolda çoxsaylı çətinliklər yaranacaq. Lakin ruhdan düşməyin, sədləri dəf etməyin mümkünsüz olduğunu düşünməyin. Problemlərin çoxluğu sizi nikbinlikdən məhrum etməsin. Sizə mənəvi dəstək verməklə yanaşı, real yardım göstərən insan olacaq. Köhnə dostlar və sınanmış işgüzar tərəfdaşlarla görüş üçün əlverişli zamandır.

Günün ikinci yarısında ailə üzvləri ilə münasibətlərdə gərginlik yarana bilər. Sevdiyiniz insan sizi pərişan edə bilər. Hisslər və emosiyaların qurbanı olmayın. Ani istəklərə pul xərcləyərək bədxərclik etməyin.

Balıqlar - bu gün yardım gözləmədən məhsuldar çalışın. Müstəqil olun. Böyük, geniş miqyaslı işlərə başlamağa ehtiyac yoxdur. Hətta ən kiçik, cüzi təsir bağışlayan işin sonucu önəmli və diqqətəlayiq ola bilər.

Günün ikinci yarısının maliyyə fonu əlverişlidir. Gəlirlər olacaq. Məsrəflər istisna deyil.

Şəxsi münasibətlərdə irəliləyişlər gözlənilir. Axşam saatlarına yaxın baş tutacaq görüş yaşamınızda dəyişikliklərə səbəb ola bilər. Rəğbət hissi ani yaranaraq ciddi təmasa çevrilə bilər.

Milli.Az 

Oxşar xəbərlər
OTACI