logo
First slide

"Ayaks" 35-ci dəfə çempion oldu

02 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Ayaks" Niderland Erdiviziyasında 2020-2021 mövsümünün qalibi olub.

Press.az xəbər verir ki, Amsterdam təmsilçisi bu gün 31-ci turda evdə "Emmen"ə 4 cavabsız qolla qalib gələrək çempionluğunu rəsmiləşdirib.

"Ayaks" - "Emmen" - 4:0

Qollar: Timber, 10, Haller, 61, Renç, 66, Klassen, 74

Bu qələbə ilə xallarını 79-a yüksəldən paytaxt klubu son 3 tur qalmış ən yaxın izləyicisi PSV ilə xal fərqini 14-ə çatdıraraq yarışın qalibi adını qazanıb. Bu, "Ayaks"ın ümumilikdə 35-ci çempionluğudur.

Oxşar xəbərlər
OTACI
OTACI