logo
First slide

“Heydər Əliyev 98” turnirində mərhum qrossmeyster Vüqar Həşimovun bacısı qaliblər arasında

02 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xəbər verdiyimiz kimi, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) üzvü Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təşkilatçılığı və Etopaz-ın baş sponsorluğu ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr edilmiş idman jurnalistləri arasında onlayn şahmat turniri keçirilib. 

Azərbaycan Şahmat Federasiyasının iştirakı, İdman TV, Oxu Az, Estafet Az, Media Az və inSportPress-in informasiya, Chess Az-ın isə texniki dəstəyi ilə baş tutan yarışda idman mediasının bir çox tanınmış nümayəndələri iştirak edib. 

İsveçrə sistemi üzrə 7 turda keçirilən turnirə müxtəlif media orqanlarını təmsil edən və müstəqil fəaliyyət göstərən 18 idman jurnalisti qatılıb.

Yarışdan əvvəl turnirin direktoru, AİJA-nın vitse-prezidenti Anar Şabanoğlu iştirakçıları salamlayıb. O deyib:

«Hər vaxtınız xeyir, hörmətli həmkarlar! 
Sizi müstəqil Azərbaycanımızın qurucusu, dahi siyasətçi və şəxsiyyət, Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr edilmiş onlayn şahmat turnirində salamlayıram! 

Heydər Əliyev irsinin layiqli davamçısı - cənab Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev və Müzəffər ordumuzun sayəsində artıq biz idman jurnalistləri də qalib ölkənin məğrur vətəndaşları olaraq həm peşəkar fəaliyyətimizi, həm də asudə vaxtımızı könül rahatlığı ilə, qürurla, fəxrlə, başı dik davam etdiririk. 

Turnirə başlamazdan əvvəl Gənclər və İdman Naziri Azad Rəhimov vəfatı ilə bağlı başımız sağ olsun deyirəm. 

Bütün turnir iştirakçılarına təşəkkür edir, uğurlar arzulayır və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının Prezidenti Eldar İsmayılovun da dəyərli həmkarlarımıza salamlarını çatdırıram. 

Bu onlayn şahmat turniri idman jurnalistikamızın tarixində ilk belə yarışdı. 

Daha sonra turnirə start verilib. Gərgin mübarizə şəraitində keçən yarışda Qol.az saytının əməkdaşı Aysel Adıgözəlli birinci, müstəqil idman icmalçısı Səbuhi Səfiyarlı ikinci, mərhum qrossmeyster Vüqar Həşimovun bacısı, müstəqil idman jurnalisti, AİJA-nın üzvü Samirə Allahverdiyeva isə 3-cü yeri tutublar.

Qeyd edək ki, turnirin baş sponsoru Etopaz birinci yer tutmuş idman jurnalistinə 500, ikinci yer üçün 300, üçüncü yerin sahibinə isə 200 manat pul mükafatı ayırıb.

Qaliblər mayın 4-ü saat 12.00-da AİJA-nın «Azərbaycan» nəşriyyatında yerləşən baş ofisində mükafatlandırılacaqlar.

Oxşar xəbərlər
OTACI
OTACI