Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyə ordusu İraqın şimalında 44 terrorçunu zərərsizləşdirib

02 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi Yaşar Gülər ​​və Quru Qoşunları Komandanı Ümit Dündarın müşayiəti ilə İraqın şimalındakı hərbi bazanı ziyarət edib.

Press.az-ın "Anadolu"ya istinadən verdiyi məlumata görə, H.Akar bildirib ki, "Pençe-Şimşek" və "Pençe-Yıldırım" əməliyyatları uğurla davam edir.

Onun sözlərinə görə, hazırkı dövrədək əməliyyatlar çərçivəsində 44 terrorçu zərərsizləşdirilib: "Türkiyə terrorizmin kökünü kəsməyə qadirdir. İraqın şimalında ən qısa zamanda sülh və əmin-amanlıq təmin ediləcək".

Qeyd edək ki, "Pençe-Şimşek" və "Pençe-Yıldırım" əməliyyatları aprelin 23-ü başlayıb.

Oxşar xəbərlər
OTACI