logo
First slide

Mixail Boçarnikov: “Rusiya qardaş Azərbaycana kömək etmək üçün əlindən gələni edir”

02 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Rusiyanın “Sputnik V” vaksininin ilk partiyasının bizim üçün xüsusi bir gündə - Pasxa bayramında Bakıya gətirilməsindən çox məmnunuq”.

Press.az Report-a istinadən xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.

“Pasxa insanlara sülh və xeyirxahlıqla müraciət etməkdir. Peyvəndin Bakıya gətirilməsi Rusiyanın Azərbaycana münasibətində dostluq jestidir. Peyvənd Azərbaycanın koronavirus infeksiyasına qarşı mübarizəsində öz töhfəsini verəcək. “Sputnik V” vaksini özünü dünyada çox yaxşı göstərib və artıq dünyanın 64 ölkəsində qeydiyyatdan keçib. Rəqəmlər artıq öz sözünü deyir.

Rusiya pandemiyaya qarşı mübarizədə qardaş Azərbaycana kömək etmək üçün əlindən gələni edir. Əminəm ki, bugünkü aksiya ölkələrimiz arasında çox yaxın və mehriban xarakterli münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edəcək”-səfir əlavə edib

Oxşar xəbərlər
OTACI
OTACI