Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Banklar dollar satışına məhdudiyyət qoydu: Manat ucuzlaşacaq? – VİDEO

02 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Banklar həm sahibkarlara, həm də vətəndaşlara xarici valyuta ilə bağlı iki məhdudiyyət tətbiq edir. Artıq xarici valyutanı günün birinci yarısına qədər almaq olar. Belə bir şey Azərbaycanda indiyə qədər olmamışdı. Amma xeyli müddətdir ki, vəziyyət belədir.

Press.az xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər” verilişinə açıqlamasında iqtisadçı Əkrəm Həsənov deyib.

O bildirib ki, dolların alışına da limit tətbiq edilir:

"Limitdən yuxarı məbləğə görə vətəndaşlar vergi ödəməlidir. Hesab edirəm ki, bu məhdudiyyətlər Mərkəzi Bank tərəfindən tətbiq edilir. Çünki valyuta əməliyyatı bankların gəlir mənbələrindən biridir. Onlar öz gəlir yerlərini niyə məhdudlaşdırsın? Düzdür, qanunvericilikdə və Mərkəzi Bankın normativ aktlarında bu cür məhdudiyyət yoxdur. Lakin belə nəticəyə gəlmək olar ki, burada söhbət banklara verilən hansısa qeyri-rəsmi göstərişdən gedir”.

Ekspert onu da qeyd edib ki, bu il dolların bahalaşması gözlənilmir:

"Azərbaycanın kifayət qədər valyuta ehtiyatı var. Biz ondan istifadə edərək, milli valyutamızın məzənnəsini hər zaman qoruya bilərik. Digər tərəfdən isə neftin də qiyməti qalxır. Bu baxımından dolların bahalaşması üçün əsas yoxdur”.

 

Oxşar xəbərlər
OTACI