Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

AzTV arxivləri açacaq: Nadir fotolar… - Video

02 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Televiziyasında yayımlanan, geniş tamaşaçı kütləsinin marağını çəkmiş “Yüz ilin adamları” layihəsinin budəfəki buraxılışı görkəmli yazıçı Mir Cəlal Paşayevə həsr olunub.

Press.az xəbər verir ki, bu barədə AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, layihə komandası Mir Cəlalın həyat və yaradıcılığını araşdırıb, onunla bağlı bilinməyən faktları ortaya çıxarıb.

Verilişdə ədibin heç yerdə görmədiyiniz fotoları, həyat və yaradıcılığı ilə bağlı eşitmədiyiniz məqamlar, arxiv materiallar nümayiş olunacaq.

Tarın qadağan olunduğu vaxtlarda Mir Cəlal milli kimliyinə sevgisini gizlətməyib, hətta bu musiqi aləti ilə foto da çəkdirib.

Bu və bunun kimi kadrlara bu gün - 2 may saat 22:00-da AzTV-də yayımlanacaq “Yüz ilin adamları”nda baxa bilərsiniz.

 

Oxşar xəbərlər
OTACI