Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yol polisi bu rayonlarda reyd keçirdi

02 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yol polisi Goranboyda reyd keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Press.az-a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir.

Reyd zamanı keçidlərdə piyadalara yol verməyən sürücülər polislər tərəfindən müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb. Görülən tədbirlər nəticəsində 15-ə yaxın sürücü məsuliyyətə cəlb edilib.

***

Biləsuvar rayonunda da reyd keçirilib.

Biləsuvar rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə reyd keçirilib.

Reyd nəticəsində 10 piyada məsuliyyətə cəlb edilib.

Oxşar xəbərlər
OTACI