Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Trampın məxfi sənədi üzə çıxdı: Əsgərlərə bu əmri veribmiş

02 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ Prezidenti Co Bayden administrasiyası keçmiş rəhbər Donald Tramp tərəfindən döyüş bölgələrinin xaricində zərbə vurmaq üçün qəbul edilən qaydaları açıqlayıb.

Press.az Publika.az-a istinadla xəbər verir ki, 2017-ci ildə qəbul edilən sənəddə Amerika tərəfinin ölkə xaricində “terrorla mübarizə tədbirləri” apararkən əməl etməli olduğu bir sıra prinsiplər yer alıb.

Xüsusi olaraq, sənəddə pilotsuz təyyarələrin istifadəsindən və xüsusi təyinatlı qüvvələrin hərəkətlərinin tənzimlənməsindən bəhs edilib. Məsələn, qaydalara görə, terrorçularla mübarizə əməliyyatları zamanı xüsusi təyinatlılara düşməni məhv etmək deyil, kəşfiyyat məlumatı əldə etmək üçün onu tutmaq əmri verilib. Eyni zamanda, sənəddə pilotsuz təyyarələrin və digər silah növlərinin vurulması qaydaları da açıqlanıb.

Məlumata görə, “gizli” şəkildə qəbul edilmiş qaydaların elan edilməsi məhkəmələr yolu ilə həll edilməli idi. Keçən il Amerika Vətəndaş Azadlığı Birliyi “Nyu-York Tayms” ilə birlikdə bu barədə açıqlama tələb edib.

Oxşar xəbərlər
OTACI