"Atletiko"nun futbolçusu Joze Ximenes zədələnib.
Press.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı müdafiəçi ötən gün "Elçe" ilə matçda (1:0) sıradan çıxıb. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı haqda isə hələlik məlumat yoxdur.
Qeyd edək ki, Ximenes bu mövsüm yerli çempionatda 20 oyun keçirib.