Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Erməni hərbçilər sərhəddə təxribat törətmək istədi - Video

02 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sosial şəbəkələrdə Azərbaycan-Ermənistan sərhədçiləri arasında yaranmış mübahisəyə dair videogörüntülər yayılıb.

Press.az-ın məlumata görə, sözügedən hadisə Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində baş verib.

Belə ki, ərazidə ölçü aparmaq istəyən erməni hərbçilər Azərbaycan ərazisinə keçmək istəyib.

Dövlət Sərhəd Xidmətinin hərbçilərinin peşəkarlığı və prinsipiallığı nəticəsində ermənilərin bu istəyi baş tutmayıb.

Videodan aydın görünür ki, yüksək hazırlıqlı Azərbaycan hərbçiləri qarşısında duruş gətirə bilməyən düşmən zabit və əsgərləri gülünc vəziyyətə düşürlər. Bu görüntülər Azərbaycan hərbçiləri ilə Ermənistan hərbçiləri arasında fərqi açıq-aşkar göstərir.  

Həmin görüntüləri təqdim edirik:

Oxşar xəbərlər
OTACI