Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Düşənbədə güclü partlayış - 30-a yaxın yaralı var - YENİLƏNİB - VİDEO

02 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tacikistanın paytaxtı Düşənbə şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.

Press.az APA-ya istinadən bildirir ki, baş verən güclü partlayış nəticəsində 29 nəfər yaralanıb.

Bu barədə Fövqəladə Hallar Komitəsinin sözçüsü Umeda Yusufi xəbər verib. Məlumata görə, onlardan beşinin vəziyyəti ağırdır.

Hadisə axşam saatlarında "Zarafşon" mikrorayonunda olub.

Alovun tüstüsü 50 metr hündürlüyə çatıb, yaxınlıqdakı evlər zədələnib. Yanğın saat yarımdan çox müddətdə on yanğınsöndürən tərəfindən söndürülüb.

Yaxınlıqdakı Təcili yardım stansiyasına yanıq və digər xəsarətlərlə 15 nəfər müraciət edib.

***

Tacikistanın paytaxtı Düşənbədə yanacaqdoldurma məntəqəsində güclü partlayış olub.

Press.az xəbər verir ki, bildirir ki, hadisənin videogörüntülərini "Zvezda" telekanalı özünün Telegram kanalında paylaşıb.

Asia-Plus portalının məlumatına görə, hadisə Sino rayonundakı yanacaqdoldurma stansiyasında baş verib. Xəsarət alanlar barədə hələ ki məlumat yoxdur.

Kadrlarda uzaqda alov göröünür. Panika içində olan insanlar qaçışırlar. Bir anda möhkəm səs gəlir və alov dilləri ətrafa yayılır. Hadisə yerinə yanğınsöndürən və təcili yardım briqadaları cəlb olunublar.

 

Oxşar xəbərlər
OTACI