Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Məmmədyarovdan erməni üzərində İKİ QƏLƏBƏ

02 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində həlledici mərhələnin ilk qarşılaşmaları keçirilib.

Press.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov üçüncü yer uğrunda ermənistanlı Levon Aronyanla birinci matçda qarşılaşıblar. Dörd partiyadan ibarət matçda təmsilçimiz iki qələbə qazanıb, ikisində isə məğlub olub. Çempionluq uğrunda norveçli Maqnus Karlsen ilə ABŞ təmsilçisi Hikaru Nakamura arasında qarşılaşma davam edir. Üç partiyanın nəticəsinə görə, M.Karlsen 2:1 hesabla öndədir.

Ümumi mükafat fondu 100 min ABŞ dolları olan “New In Chess Classic” turniri mayın 2-də başa çatacaq.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və 2021-ci ilin sentyabrınadək davam edəcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI