Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Depozit və kreditlər üzrə dollarlaşma AZALIR

02 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Valyuta bazarında sabitlik şəraitində həm depozit, həm də kreditlər üzrə dollarlaşmanın azalması davam edir. Bu da milli valyutaya inamın artdığını göstərir.

Press.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.

Monetar şərait iqtisadi artımın dəstəklənməsi ilə makroiqtisadi sabitliyin qorunması arasında optimal balansın saxlanmasına xidmət etməkdədir.

Əsasən vahid xəzinə hesabı qalığının artması ilə bağlı pul bazasının ilin əvvəlindən dəyişimi neqativ zonada qalmaqdadır. Bu şəraitdə iqtisadiyyatın likvidliyinin dəstəklənməsi məqsədilə sterilizasiya əməliyyatlarının həcmi azaldılıb.

Kredit aktivliyinin tədrici bərpası davam edir. I rübdə bank sistemi üzrə kredit portfeli 1.4%, o cümlədən biznes kreditləri 1%, ipoteka kreditləri 4.4%, istehlak kreditləri 0.5% artıb. Makroprudensial yumşalmaların bir çoxunun iyul ayının 1-dək uzadılması kredit aktivliyinə əlavə dəstək verməkdədir.

Oxşar xəbərlər
OTACI