Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu tarixdə uşaqlar vaksinasiya olunacaq - AÇIQLANDI

01 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

BioNTech peyvənd şirkəti 12-15 yaş qrupu uşaqların vaksinasiyası üçün Avropa Dərman Agentliyinə müraciət edib.

Press.az xəbər verir ki, agentlik təsdiq etdiyi halda 27 Avropa ölkəsində bu yaş qrupundakı uşaqlara peyvənd vurulmasına başlanılacaq. Eyni zamanda "Təcili istifadə icazəsi” üçün Amerika Qida və Dərman Təhlükəsizliyi idarəsinə də müraciət ünvanlanıb.

Qeyd edək ki, şirkət ABŞ-da 12-15 yaş qrupunda 260 uşaq üzərində apardığı tədqiqatda peyvəndin 100 faiz effektli olduğunu sübut edib.

Açıqlamada əks təsirlərin 16-25 yaş qrupuna təsadüf edəcəyi bildirilib.

Əgər Avropa Dərman Agentliyi təsdiq edərsə, 12-15 yaş qrupundakı uşaqların vaksinasiyasına iyun ayının ortalarında start veriləcək.

Avropa Birliyi BioNTech-Pfizer peyvəndinin uşaqlarda istifadəyə başlaması üçün elmi qiymətləndirmə və tədqiqatların nəticələrini gözlədiyini açıqlayıb.

//Publika.az

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI