Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qarabağa qayıdışın hekayəsi “TRT Belgesel”də - VİDEO

01 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin “TRT Belgesel” kanalı Qarabağda 27 il əvvəl evlərini tərk etmək məcburiyyətində qalan iki azərbaycanlının doğma yurdlarına qayıtmaları barədə veriliş hazırlayıb.

Bu barədə “TRT Haber” xəbər yayıb.

Bildirilir ki, film 27 il əvvəl Ermənistanın işğalçı hücumuna görə Qarabağı tərk etmək məcburiyyətində qalan Sevindik Məmmədov və Sona Fərhadovanın Müzəffər Azərbaycan Ordusunun tarixi qələbəsindən sonra öz kəndlərinə qayıtmasından bəhs edir.

Qeyd edək ki, “Doğunun Kayıp Silüetleri” (“Şərqin itirilmiş siluetləri”) sənədli filmi bu axşam yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 21:00) nümayiş olunacaq.

 

Oxşar xəbərlər
OTACI