Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Musiqili Teatrın aktyorlarından vətəndaşlara ÇAĞIRIŞ

01 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Maraqlı layihələri ilə pandemiya dövrünün ən sərt karantin müddətlərində belə fəal iş rejimində olmağa can atan Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti bu dəfə “Peyvənd olunaq ki, tezliklə görüşə bilək!“ çağırışı ilə tamaşaçılarına müraciət edib.

Press.az xəbər verir ki, günümüzün vacib mövzusunu - peyvənd olunmaq kimi mühum çağırışı hər kəsə ünvanlayan qısametrajlı rolikdə teatrın da, aktyorların da, həmişə izdihamlı olan, bu gün boş qalan dəhlizlərin və salonun da sevimli tamaşaçılar üçün darıxdığını göstərən kadrlar hər kəsin duyğularına toxunur.

Sevimli aktyorlarına gül dəstələri ilə qovuşmağa can atan tamaşaçıların bağlı qapı arxasında qalmaları hər kəsi bu barədə ciddi düşünməyə sövq edir.

COVİD-19 əleyhinə peyvəndin nə qədər vacib olduğu bir daha hər kəsin diqqətinə çatdırılır.

Bəli, sizə ünvanlanan, çox təsirli kadrlarla zəngin olan bu roliki izləyin və bir daha əmin olun ki, peyvənd edilməyiniz bizim hər birimizə nə qədər vacibdir.

Onu da əlavə edək ki, layihənin ideya müəllifi teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, rejissoru Samir Qulamovdur. Operator və montaj işi Hikmət Şahverdizadəyə məxsusdur.

Oxşar xəbərlər
OTACI