Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Azərbaycanda məşq üçün yaxşı şərait yox idi" - Ramil Quliyev

01 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"2005-ci ildən beynəlxalq yarışlara qatılmağa başlamışam. Yeniyetmələr arasında dərəcə qazandıqdan sonra bunu dünya səviyyəsində də edə biləcəyimi hiss edirdim. Amma bunun üçün nələrisə dəyişdirməli idim".

Press.az xəbər verir ki, bu sözləri Türkiyə yığmasının əslən azərbaycanlı atleti Ramil Quliyev çıxış etdiyi "Fənərbağça" klubunun rəsmi saytına açıqlamasında idman vətəndaşlığını dəyişməsinin səbəbi barədə danışarkən deyib.

2013-cü ildə tamamilə Türkiyəyə köçdüyünü xatırladan 31 yaşlı idmançı seçimini şəraitlə əlaqələndirib: "Həmin vaxt Azərbaycanda məşq üçün elə də yaxşı şərait yox idi. 2009-cu ildən "Fənərbağça" idman klubunun adından yarışmağa başladım. Burada şərtlər daha əlverişli idi. Klubun dəstəyi ilə Türkiyəyə köçdük və hazırda da bu ölkəni təmsil edirəm".

O, Türkiyədə özünü yad hiss etmədiyini söyləyib: "Bura gəldikdən sonra 3 il beynəlxalq yarışlarda iştirak edə bilmədim. Çünki transfer dövrü bitməli idi. Hər idmançının adının qarşısında bir bayraq var. Hər kəs öz ölkəsini təmsil edir. Mən də Azərbaycandan gəlmişəm, eyni millətik. İki ölkə arasında elə ciddi fərq hiss etmirəm. Fərqli şəhərə gedəndə nə hiss edirsənsə, məndə də eyni vəziyyətdir. Özümü burada yad hiss etmirəm və xalqımızı ölkə xaricində təmsil edirəm".

Quliyev üzləşdiyi çətinliklərdən də söz açıb: "Çox adam mənə deyirdi ki, bacara bilməzsən. Mən də "Niyə" sualını verirdim. Cavab belə olurdu ki, türklərdə belə şey mümkün deyil, heç kim qaça bilməz. Amma mən "Niyə olmasın? Bacararam" dedim. Bu işdə ən önəmlisi özünə inanmaqdır. Bir il sonra olmasa da, 5 il sonra mütləq olacaq. Bu dünyada mümkünsüz heç nə yoxdur. Bu idman növündə dünya çempionu olmaq tam fərqli duyğudur. Ona görə də çox xoşbəxtəm".

Türkiyəni Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edəcək 200 metr məsafəyə qaçış üzrə Avropa və dünya çempionu yarışa ciddi hazırlaşdığını deyib: "Bu şans 4 ildə bir olur. Ən əsası səhv etməməkdir. Buna görə də özünüzü psixoloji cəhətdən idarə edə bilmək üçün təcrübəniz olmalıdır".

Qeyd edək ki, Ramil Quliyev 2011-ci ildə Türkiyə vətəndaşlığı alıb. (Report)

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI