logo
First slide

Bu ağır xəstələr də peyvənd oluna bilərlər - SİYAHI

01 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Həm kəskin həm də xroniki böyrək xəstələri eyni dərəcədə COVID-19 risk qrupuna aiddir. Amma xroniki xəstəliyi olanlar daha çox həssas qrup hesab edilir".

Press.az bildirir ki, bu fikirləri Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş nefroloqu Fariz Babayev bildirib:

Fazir Babayev qeyd edir ki, böyrək xəstəliklərindən əziyyət çəkən şəxslərdə COVID-19 infeksiyası baş verərsə, müalicə tədbirləri anoloji qaydada aparılır, lakin bəzi preparatların istifadəsinin həkim-nefroloq tərəfindən korreksiya edilməsi məsləhətdir:

"Həm xroniki böyrək xəstələri, həm dializ alan xəstələr, həm də transplantasiya olunanlar vaksinasiya oluna bilər və tövsiyə olunur. Lakin arterial hipertensiya və şəkərin qandakı miqdarının nəzarəti aparılmalıdır.

Xroniki böyrək xəstələri, dializ alan və transplantasiya olunan xəstələr xüsusilə məsuliyyətli olmalı, xəstəliyin ən az əlamətlərinə şübhə olduğu halda izolyasiya olunmalı və həkimə müraciət etməlidir. Əsasən də dializ olunan və transplantasiya əməliyyatı keçirmiş xəstələrdə daim immunodefisit vəziyyət olduğu üçün bu qrup xəstələrin ətraf ictimai mühitlə təmasları minimuma endirilməlidir".

Oxşar xəbərlər
OTACI
OTACI