Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Əfqanıstanda hərbi məntəqəyə hücum olub, 30 əsgər itkin düşüb

01 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əfqanıstanın Qəzni vilayətində "Taliban"ın hərbi məntəqəyə hücumu nəticəsində əsgərlər itkin düşüb.

Press.az APA-ya istinadən bildirir ki, bu barədə vilayət məclisinin üzvü Xaliqdad Əkbəri deyib.

Onun sözlərinə görə, aprelin 30-u gecə saatlarında "Taliban" yaraqlıları hərbi məntəqəyə hücum edib, saatlarla davam edən atışmadan sonra hərbi məntəqə yaraqlıların nəzarətinə keçib.

Qəznidəki mənbə bildirib ki, atışmadan sonra ən azı 30 əsgər itkin düşüb.

"Taliban" hücumla bağlı açıqlama verməyib.

Oxşar xəbərlər
OTACI