Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda bir gündə 17 minə yaxın insan peyvənd olundu

01 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda bu gün 16 988 nəfər vaksinasiya olunub.

Press.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 391, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 597 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 505 206, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 971 523, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 533 683 nəfər təşkil edir.

Oxşar xəbərlər
OTACI