Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Reyhan Camalova təhsil alacağı məşhur universiteti AÇIQLADI

01 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın gənc ixtiraçısı dünyada kifayət qədər tanınan “Rainergy” startapının təsisçilərindən olan Reyhan Camalova təhsil alacağı universiteti açıqlayıb.

Bu barədə o, özü məlumat verib. Onun sözlərinə görə, ABŞ-da təhsil üçün cavab aldığı Pensilvaniya Universitetinin təklifini müsbət qiymətləndirib. 

R.Camalova deyir ki, universitetdə Penn Dünya Təqaüdçüsü (Penn World Scholar) kimi təhsil alacaq:

“Böyük ehtimalla dərslərə onlayn qaydada qoşulacağam. Tədris prosesləri sentyabr ayından başlayacaq”.

Xatırladaq ki, R.Camalova təhsil üçün ABŞ-ın dünyaca məşhur universitetlərində qeydiyyatdan keçib və yeddi universitetdən müsbət cavab almışdı.

Oxu.az

Oxşar xəbərlər
OTACI